Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov Kürdəmir rayonuna səfər edib
23 may 2024 | 19:25
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kürdəmirdə arıçılıq təsərrüfatına, taxıl sahələrinə, intensiv bağlara baş çəkib, fermerlərlə görüşüb. Görüşlərdə təsərrüfat sahiblərinin təklifləri dinlənilib, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin quraşdırılması barədə fikir mübadiləsi aparılıb.