Karrar qəsəbəsində səyyar qəbul keçirilib.
29 sentyabr 2022 | 18:39
Sentyabrın 29-da Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov növbəti səyyar qəbulunu Karrar qəsəbə sakinləri ilə keçirib.
Səyyar qəbulda rayonun hüquq mühafizə, idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri də iştirak ediblər.
Qəbul zamanı kənd sakinlərinin təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.