Şriftin ölçüsü :

Saytın rəngi :

Karrar qəsəbəsində sakinlər ilə səyyar qəbul keçirilib

22 yanvar 2026 | 16:40

Yanvarın 22-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli növbəti səyyar qəbulunu Karrar qəsəbə sakinləri ilə keçirib. Qəbul zamanı qəsəbə sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.
Qəbuldan sonra icra başçısı şəhid ailələrini və şəhid məzarlarını ziyarət etmişdir.

Keçidlər