İyunun 29-da Kürdəmirdə Rayon Ağsaqqallar Şurasının hesabat xarakterli iclası keçirilib.
29 iyun 2026 | 16:10
Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
İclasda rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının aparat rəhbəri Ramin Həsənli, rayon Ağsaqqallar Şurasının sədri Ayyət Nəsirov və şura üzvləri iştirak ediblər. Çıxış edənlər ağsaqqalların cəmiyyətdəki yeri, gənc nəslin milli ruhda tərbiyəsindəki rolu barədə danışıblar.
Sonda şura üzvüləri ilə birlikdə xatirə şəkili çəkdirilib.






