İyunun 24-də Mərkəzi Aran Regional Məşğulluq Filialının təşkilatçılığı əmək yarmarkası təşkil olunub.
24 iyun 2026 | 12:52
Kürdəmirdə Mərkəzi Aran Regional Məşğulluq Filialının təşkilatçılığı ilə rayonda işsizliyin azaldılması məqsədilə əmək yarmarkası təşkil olunub.
Tədbirdə rayon İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Məşğulluq Filialının əməkdaşları və 100-dən çox işsiz və işaxtaran vətəndaş iştirak edib.
İşaxtaranlar 15müəssisənin 70-ə yaxın vakansiyaları ilə tanış olub, uyğun işlərə müraciət ediblər. CV-lər qəbul olunaraq dəyərləndirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunub.






