İyunun 24-də Kürdəmir Rayon İcra Hakimiyyətində 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib.
24 iyun 2026 | 18:31
Tədbirdə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Kürdəmir rayon Komissiyasının sədri, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini Ağali Kərimli RİH-in məsul işçiləri, Hüquq mühafizə orqanlarının əməkdaşları, Təhsil, Səhiyyə işçiləri və gənclər iştirak edirdiblər.
Tədbirdə çıxış edən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon Komissiyasının sədri, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini Ağali Kərimli BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və Narkotiklərin Qeyri-qanuni Dövriyyəsinə Qarşı Ümumdünya Mübarizə Günü” kimi qeyd olunduğunu, 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin Konvensiyasına qoşulduğunu vurğuladı.
Qeyd olundu ki, Narkomaniya təkcə bir şəxsin sağlamlığına zərər vuran xəstəlik deyil, həm də ailələrə, cəmiyyətə və dövlətin təhlükəsizliyinə ciddi təhlükə yaradan sosial problemdir. Müasir dövrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi bütün dünyada olduğu kimi Azərbaycanda da diqqət mərkəzində olan məsələlərdən biridir.
Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Bu sahədə Azərbaycan dövləti tərəfindən ardıcıl olaraq müvafiq tədbirlər görülür, Qanunlar, Proqramlar qəbul edilir və icrası təmin olunur. Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.






