İşaxtaran şəxslər üçün növbəti əmək yarmarkası Kürdəmirdə təşkil edilib.
26 iyun 2023 | 20:26
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası Kürdəmirdə təşkil edilib. Rayonun icra başçısı Elxan İbrahimovun, Dövlət Məşğulluq Agentliyinin sədr müavini Rüfət Cavadovun və Sosial tərəfdaşlar və layihələr departamentinin müdiri Səbuhi Qəmbərzadənin də iştirak etdiyi, Mərkəzi Aran Regional Məşğulluq filialı tərəfindən təşkil edilən yarmarkada iştirak edən şəxslər iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən vakansiyalarla tanış olmaq, uyğun vakansiyalara müraciət etmək imkanı əldə ediblər. Namizədlərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun şəxslər növbəti mərhələyə dəvət olunublar.