İcra başçısı təhsil sahəsində uzun müddət çalışmış, üç nəsil şagird yetişdirən qocaman müəllim Pəri Qədirovanın ailəsinin qonağı olub.
17 aprel 2025 | 14:02
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov təhsil sahəsində uzun müddət çalışmış, üç nəsil şagird yetişdirən qocaman müəllim Pəri Qədirovanın ailəsinin qonağı olub. İcra başçısı müəllim ilə bu sənətin aliliyindən, çətinliklərindən söhbət açıb, ona uzun ömür, can sağlığı arzulayıb.
Qazaxın Yuxarı Salahlı kəndində anadan olan Qədirova Pəri Azəbaycan Pedaqoji Universitetinin riyaziyyat fakültəsini bitirib. Əmək fəaliyyətinə Kürdəmir məktəblərində başlayan və bir neçə il müəllim kimi fəaliyyət göstərən Pəri xanım daha sonra Mürtülü kənd orta məktəbinə direktor təyin olunub, 2011-ci ilə qədər bu məktəbdə direktor kimi çalışıb.