Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı təcrübə proqramını başa vurmuş gənclərlə görüşüb.

25 may 2022 | 17:47
Mayın 25-də Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov rayon İcra Hakimiyyətinin başçısı Aparatında təcrübə proqramını başa vurmuş gənclərlə görüşüb.
Görüşdə Elxan İbrahimov vurğulayıb ki, ölkə başçısı cənab İlham Əliyevin gənclər siyasətinin bütün tələbləri diqqət və uğurla yerinə yetirilir. Prezidentin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün yeni proqramlar icra olunmaqdadır. Sonra icra başçısı gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə təcrübəçi gənclər də ürək sözlərini dilə gətiriblər. Onlar təcrübə keçmək üçün Kürdəmir Rayon İcra Hakimiyyətində yaradılmış şəraitə görə öz minnətdarlıqlarını bildiriblər. Gənclər qeyd ediblər ki, bu təcrübə onların gələcək fəaliyyətində mühüm rol oynayacaq.
Görüşün sonunda gənclərə sertifikatlar təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Keçidlər