Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Söyüdlər kəndində cari təmir edilən nasos stansiyasına baxış keçirib.

21 oktyabr 2022 | 09:16
Kürdəmir rayonunun Söyüdlər kəndində yerləşən nasos stansiyası təmir olunaraq suvarma mövsümünə hazır vəziyyətə gətirilib. Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Söyüdlər kəndinə gələrək kənd ərazisində fəaliyyət göstərən nasos stansiyası ilə tanış olub. İcra başçısına məlumat verilib ki, təmizlik və yenidənqurma işləri həyata keçirilən nasos stansiyası 4 aqreqatlı olaraq hər bir aqreqatın qaldırdığı su 0,5 kub metr saniyə təşkil edir. Bu isə ümumilikdə nasos stansiyada 2 kub metr saniyə su sərfi deməkdir. Ümumilikdə 1048 hektar sahənin suvarılmasına xidmət edən nasos stansiyası Söyüdlər kəndinin həyətyanı və pay torpaqlarını, Sovla kəndinin isə pay torpaqlarının suvarılmasını təmin edir.
Qeyd edək ki, sözü gedən nasos stansiyası cari ildə təmir olunaraq 2022-ci ilin payız, 2023-cü ilin ümumilikdə suvarma mövsümünə tam hazır vəziyyətə gətirilib.
Keçidlər