Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid Toğrul Əliyevin anım tədbirində iştirak edib.

28 sentyabr 2026 | 17:26
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənlinin iştirakı ilə 2023-cü ilin 19-20 sentyabrında keçirilmiş lokal xarakterli antiterror əməliyyatında şəhid olmuş Əliyev Toğrul İlyas oğlunun anım tədbiri keçirilib.
Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid anaları və kənd sakinləri iştirak ediblər. Çıxış edənlər şəhid Toğrul Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, onun keçdiyi şərəfli döyüş yolundan və Vətən uğrunda göstərdiyi şücaətdən bəhs ediblər. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində canlarını fəda edən qəhrəman övladlarımızın əziz xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaqdır.
Keçidlər