İcra başçısı şəhid Səid Bayramovun, şəhid Qoşqar Ömərovun, şəhid Murad Yunusovun və şəhid Əli Məmmədovun anım tədbirlərində iştirak edib.
05 noyabr 2026 | 16:21
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənlinin iştirakı ilə 2020-ci ilin 27 sentyabrında başlamış 44 günlük Vətən müharibəsində şəhid olmuş Bayramov Səid Eldəniz oğlunun, Ömərov Qoşqar Səxavət oğlunun, Yunusov Murad Bayram oğlunun və Məmmədov Əli Əvəz oğlunun anım tədbirləri keçirilib.
Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər. Çıxış edənlər şəhid Səid Bayramovun, şəhid Qoşqar Ömərovun, şəhid Murad Yunusovun və şəhid Əli Məmmədovun əziz xatirələri dərin ehtiramla yad edərək, onların keçdiyi şərəfli döyüş yolundan və Vətən uğrunda göstərdikləri şücaətdən bəhs ediblər.






