Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid Ramil Quliyevin anım tədbirində iştirak edib.

30 sentyabr 2026 | 16:06
 
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənlinin iştirakı ilə 2020-ci ilin 27 sentyabrında başlamış 44 günlük Vətən müharibəsində şəhid olmuş Quliyev Ramil Nuralı oğlunun anım tədbiri keçirilib.
Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid anaları və kənd sakinləri iştirak ediblər. Çıxış edənlər şəhid Ramil Quliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, onun keçdiyi şərəfli döyüş yolundan və Vətən uğrunda göstərdiyi şücaətdən bəhs ediblər. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində canlarını fəda edən qəhrəman övladlarımızın əziz xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaqdır.
Keçidlər