İcra başçısı şəhid Pəhli Qəribovun və şəhid Şiralı Səlimovun anım tədbirlərində iştirak edib.
11 noyabr 2026 | 17:57
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənlinin iştirakı ilə 2020-ci ilin 27 sentyabrında başlamış 44 günlük Vətən müharibəsində şəhid olmuş Qəribov Pəhli Xaləddin oğlunun və Səlimov Şiralı Vüqar oğlunun anım tədbirləri keçirilib.
Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər. Çıxış edənlər şəhid Pəhli Qəribovun və şəhid Şiralı Səlimovun əziz xatirələri dərin ehtiramla yad edərək, onların keçdiyi şərəfli döyüş yolundan və Vətən uğrunda göstərdikləri şücaətdən bəhs ediblər.






