İcra başçısı şəhid Nurlan Dadaşovun anım tədbirində iştirak edib.
04 oktyabr 2026 | 18:27
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənlinin iştirakı ilə 2020-ci ilin 27 sentyabrında başlamış 44 günlük Vətən müharibəsində şəhid olmuş Dadaşov Nurlan Səyyad oğlunun anım tədbiri keçirilib.
Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid anaları və kənd sakinləri iştirak ediblər. Çıxış edənlər şəhid Nurlan Dadaşovun əziz xatirəsini dərin ehtiramla yad edərək, onun keçdiyi şərəfli döyüş yolundan və Vətən uğrunda göstərdiyi şücaətdən bəhs ediblər.






