İcra başçısı şəhid Kamil Şirinovun və şəhid Elvin Ömərovun anım tədbirlərində iştirak edib.
13 oktyabr 2026 | 15:48
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənlinin iştirakı ilə 2020-ci ilin 27 sentyabrında başlamış 44 günlük Vətən müharibəsində şəhid olmuş Şirinov Kamil Altay oğlunun və şəhid Ömərov Elvin Xeybər oğlunun anım tədbirləri keçirilib.
Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid anaları və kənd sakinləri iştirak ediblər. Çıxış edənlər şəhid Kamil Şirinovun və şəhid Elvin Ömərovun əziz xatirələri dərin ehtiramla yad edərək, onların keçdiyi şərəfli döyüş yolundan və Vətən uğrunda göstərdikləri şücaətdən bəhs ediblər.






