İcra başçısı şəhid Fərrux Hüseynovun anım tədbirində iştirak edib.
10 noyabr 2026 | 12:27
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənlinin iştirakı ilə 2020-ci ilin 27 sentyabrında başlamış 44 günlük Vətən müharibəsində şəhid olmuş Hüseynov Fərrux Baxış oğlunun anım tədbiri keçirilib.
Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və sakinlər iştirak ediblər. Çıxış edənlər şəhid Fərrux Hüseynovun əziz xatirəsini dərin ehtiramla yad edərək, onun keçdiyi şərəfli döyüş yolundan və Vətən uğrunda göstərdiyi şücaətdən bəhs ediblər.






