Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı respublika fənn müsabiqələrinin qalibi olmuş məktəblilərlə görüşüb.

08 iyun 2022 | 15:22

İyunun 8-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov rayonun ümumi təhsil müəssisələrində təhsil alan və müxtəlif respublika fənn müsabiqələrinin qalibləri olmuş məktəblilərlə görüşüb.

İcra başçısı məktəbliləri təbrik edib, onlara təhsil sahəsində daha böyük uğurlar arzulayıb.

Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir rayonu üzrə təhsil sektorunun müdiri Rəfail Məmmədov çıxış edərək məlumat verib ki, 2021/2022-ci tədris ilində respublika fənn olimpiadalarında Sovla kənd tam orta məktəbinin şagirdi Fariz Rəhimov və Pirili kənd tam orta məktəbinin şagirdi Əyyub Mirzəliyev coğrafiya fənni üzrə II yeri, Yenikənd kənd tam orta məktəbinin şagirdi Sevər Abduləhədova tarix fənni üzrə III yeri qazanıblar. Bundan əlavə “Şuşa ili”nə həsr olunmuş müsabiqələrdə iştirak edən Topalhəsənli kənd tam orta məktəbinin şagirdi Anar Quliyev "Könlüm keçir Qarabağdan" adlı respublika incəsənət festivalı müsabiqəsində Dekorativ tətbiqi sənət - əl işi nominasiyası üzrə I yeri, İnci Qəribova "Çıxdı günəş, doldu cahan nur ilə!" adlı respublika uşaq yaradıcılıq müsabiqəsində rəqs nominasiyası üzrə I yeri, şəhər 1 saylı tam orta məktəbin şagirdi Zəhranur İsgəndərli rəsm nominasiyasında I yerə layiq görülüblər.

Görüşün sonunda qaliblərə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları təqdim edilib və xatirə şəkilləri çəkdirilib.

Keçidlər