Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı rayon idmançıları və onların məşqçiləri ilə görüşüb.

14 dekabr 2022 | 09:32
Dekabr ayının 13-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov rayon idmançıları və onların məşqçiləri ilə görüşüb.
Kürdəmir rayon Gənclər evində keçirilən görüşdə Yunan-roma güləşi, cüdo, üzgüçülük, şahmat, kikboksinq, futbol, voleybol, gimnastika və idmanın digər sahələrində gücünü sınayan idmançılar və onların məşqçiləri iştirak edib.
Görüşdən əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov idmanın müxtəlif növləri üzrə naliyyətlər əldə etmiş idmançıların diplom və medallarına baxış keçirib. Eyni zamanda görüşdə məşqçiləri və idmançıları narahat edən problemlər müzakirə olunub, məsələlərin həlli istiqamətində təkliflər səsləndirilib.
Keçidlər