İcra başçısı Qarasaqqal kəndində əkilmiş toxumluq buğda sahəsinə baxış keçirib
22 may 2025 | 19:30
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Qarasaqqal kəndində fəaliyyət göstərən fermer Cümşüd Babayevin 55 hektar ərazidə əkilmiş toxumluq buğda sahəsinə baxış keçirib. Fermerlə məhsulun keyfiyyəti, becərmə prosesi və qarşıda duran hədəflər barədə müzakirə aparılıb.