İcra başçısı Muradxan kəndində meyvə bağına baxış keçirib.
17 iyun 2026 | 17:57
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli Muradxan kəndində Natiq Qədirova məxsus 3 hektar torpaq sahəsində salınmış ərik bağına baxış keçirib. Görüş zamanı onların suvarma, logistika və satış imkanları ilə maraqlanıb. Ərik ağaclarının becərilməsi və ziyanvericilərlə mübarizə tədbirləri barədə məlumat verilib.






