İcra başçısı Mollakənd kənd tam orta məktəbində keçirilən Son zəng tədbirində iştirak edib.
15 iyun 2024 | 21:08
Kürdəmirdə rayonun icra başçısı Elxan İbrahimov, şəhid ailələri və valideynlər Qacar Sadıqov adına Mollakənd kənd tam orta məktəbində keçirilən Son zəng tədbirində iştirak ediblər.
Dövlət himni ilə başlayan tədbirdə, şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rayonun icra başçısı Elxan İbrahimov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir Təhsil sektorunun müdiri Rəfail Məmmədov, məktəbin müəllimləri və valideynlər çıxış edərək müstəqil həyatın astanasında duran məzunları əlamətdar gün münasibətilə təbrik ediblər.
Tədbirdə məktəbin şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət konsert proqramı təqdim olunub.