İcra başçısı “Kürdəmir-Pambıq” ASC-nin pambıq emalı zavodunun iş fəaliyyəti ilə tanış olub.
20 noyabr 2022 | 10:56
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov “Kürdəmir-Pambıq” ASC-nin pambıq emalı zavodunun iş fəaliyyəti ilə tanış olub. İcra başçısına məlumat verilib ki, illik istehsal gücü 30 min ton olan “Kürdəmir-Pambıq” ASC-nin nəzdində 80-dan çox işçi çalışır. Zavodda istehsal olunan məhsullar xarici bazarlara satılır.
Bu cür layihələrin icrasının həm də yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayan Elxan İbrahimov işçilərin problemləri ilə maraqlanıb, onların gələcək işlərində uğurlar arzulayıb.