Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı kəndlərdə su təsərrüfatının vəziyyəti ilə tanış olub

18 iyul 2022 | 08:05

İyulun 16-da Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Kür qırağı kəndlərdə təsərrüfat sahələrini suvarma suyu ilə təmin edən su nasos stansiyalarının vəziyyəti ilə tanış olub.

Elxan İbrahimov icra aparatının məsul şəxsləri, Suvarma Sistemləri İdarəsinin və Kürdəmir Elektrik Şəbəkəsinin əməkdaşları ilə Axtaçı və Ərəbxana kəndlərində su nasos stansiyalarını elektrik enerjisi ilə təmin edən elektrik təsərrüfatının və suvarma suyunu təsərrüfatlara çatdıran kanalların fəaliyyəti ilə bağlı mütəxəssislərlə söhbət edib. İcra başçısı suvarma prosesi ilə bağlı müvafiq tapşırıqlar verib.

Keçidlər