Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı gənclərlə görüşüb

23 iyul 2022 | 18:39
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovun kürdəmirli gənclərlə ənənəvi görüşləri davam edir. İyulun 23-də keçirilən növbəti görüşdə Kürdəmir Rayon Gənclər və İdman İdarəsinin, Kürdəmir Asan Xidmət Mərkəzinin, DAİM-in, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Kürdəmir nümayəndəliyinin və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir rayonu üzrə təhsil sektorunun könüllüləri iştirak ediblər.
Səmimi atmosferdə keçən görüşdə gəncləri narahat edən problemlər müzakirə olunub, məsələlərin həll olunması üçün təkliflər səsləndirilib.
Keçidlər