Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı "Əməkdar müəllim"lə görüşüb.

11 fevral 2023 | 10:56
Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Elxan İbrahimov əməkdar müəllim Ələkbər Məmmədovun ailəsinin qonağı olub, qocaman müəllim ilə bu sənətin aliliyindən, çətinliklərindən söhbət açıb, gələcək işlərində ona uğurlar arzulayıb.
08.11.1950-ci il tarixində Kürdəmir rayonunda anadan olan Məmmədov Ələkbər Əsəd oğlu 1973-cü ildə Bakı Dövlət Universitetinin fizika fakultəsini bitirib. İlk əmək fəaliyyətinə Kürdəmir rayonu Köhnəbazar kənd tam orta məktəbində başlayan Ələkbər müəllim daha sonra 40 il M.Ə.Rəsulzadə adına 2 nömrəli tam orta məktəb-liseydə fizika müəllimi kimi fəaliyyətini davam etdirib. Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
Keçidlər