Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Elxan İbrahimov idmançılarla görüş keçirib

07 iyun 2024 | 15:37
Kürdəmir rayon icra başçısı Elxan İbrahimov və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin müdiri Azad Gözəlov rayonda Yunan-Roma güləşi ilə məşğul olan idmançılarla görüş keçiriblər.
Görüşdə idmançıların qalibiyyətinin rayon və ölkə üçün əhəmiyyətindən danışılıb, bundan sonrakı yarışlarda da uğurlu nəticələr gözlənildiyi bildirilib. Daha sonra Avropa çempionatlarında yer tutmuş idmançılara təşəkkürnamələr təqdim edilib. Tədbirin sonunda “Üzməyi öyrənək” layihəsi çərçivəsində I-V siniflər arasında keçirilən yarışlarda qalib gələnlərin də mükafatlandırma mərasimi baş tutub.
Keçidlər