Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Elşən Həsənli rayon ağsaqqallarının nümayəndələri ilə görüş keçirib

19 noyabr 2025 | 15:04
 
Görüşdə ictimaiyyət arasında sayılıb seçilən, cəmiyyət arasında nüfuz qazanmış ağsaqqallar iştirak ediblər. Görüşü icra başçısı Elşən Həsənli açaraq ağsaqqalları daim dinləməyə, onların dəyərli təkliflərini, fikir və mülahizələrini eşitməyə hazır olduğunu bildirdi. Qeyd etdi ki, rayonumuzun ümumi inkişafına, problemlərin aradan qaldırılmasına xidmət edəcək maraqlı, dəyərli təkliflər həmişə diqqətlə nəzərə alınacaq, yeri gəldikcə belə təkliflərdən istifadə olunacaqdır.
Rayon Ağsaqqallar Şurasının sədri Ayyət Nəsirov söz alaraq əhalinin rifah halının yaxşılaşdırılmasına daim diqqət göstərən Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə etdi, dövlət başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstəklərini bildirdi. Cənab Prezidentin sərəncamına əsasən Kürdəmirdə fəaliyyətə başlaması münasibətilə rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənlini rayonun bütün ağsaqqalları adından təbrik etdi, gələcək işlərində ona uğurlar dilədi.
Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli verilən təkliflərin diqqətlə nəzərə alınacağını vurğuladı və qeyd etdi ki, ümumi tanışlıq xarakteri daşıyan görüş bununla bitməyəcək, bundan sonra da ardıcıllıqla davam edəcəkdir.
Keçidlər