Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı baş vermiş zəlzələ ilə əlaqədar müşavirə keçirib.

04 sentyabr 2023 | 12:10
Kürdəmirdə baş vermiş zəlzələ ilə əlaqədar icra başçısı Elxan İbrahimov rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların iştirakı ilə fövqəladə hallar komissiyasının iclasını keçirib. İclasda sentyabrın 3-ü axşam saatlarında baş vermiş zəlzələ ilə bağlı çıxış edənlər rayonda dağıntı və tələfatın olmadığını, lakin vətəndaşlardan fərdi yaşayış evlərinə ziyan dəyməsi ilə əlaqədar müraciətlər daxil olduğunu bildiriblər.
İcra başçısı vətəndaşların müraciətlərinin araşdırılması üçün aidiyyatı üzrə müvafiq tapşırıqlar verib.
Keçidlər