Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı arıçılıq təsərrüfatı ilə tanış olub.

07 avqust 2026 | 11:21
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurlu icrasını təşkil etmək məqsədilə Karrar Kəndində Samir Heydarov tərəfindən 250 qutuda saxlanılan arıçılıq təsərrüfatına və əldə edilmiş məhsul yığımına baxış keçirilib.
İcra başçısı dövlət tərəfindən kənd təsərrüfatına, həmçinin arıçılıq təsərrüfatının inkişafına göstərilən diqqət və qayğını diqqətə çatdıraraq, qarşıdakı mövsümdə yüksək məhsuldarlığın əldə olunması üçün aqrotexniki qaydalara tam əməl edilməsinin əhəmiyyətini nəzərə çatdırıb.
Sonda icra başçısı 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramı ilə bağlı qarşıya qoyulan tapşırıqların vaxtında və keyfiyyətlə icra olunması istiqamətində öz tövsiyə və tapşırıqlarını verib.
Keçidlər