Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı ali təhsil müəssisələrinə yüksək balla qəbul olan məzunlarla görüş keçirib.

12 sentyabr 2023 | 17:03
Sentyabrın 11-də Kürdəmirdə ali təhsil müəssisələrinə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib. Görüşdə rayonun icra başçısı Elxan İbrahimov və təhsil sektorunun müdiri Rəfail Məmmədov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rəfail Məmmədov rayonda təhsil sahəsində görülən işlər haqqında ümumi məlumat verib. İcra başçısı Elxan İbrahimov isə tələbə adını qazanan bütün məzunları təbrik edərək onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etmələrini arzulayıb, bu il rayon məzunlarının ali məktəblərə qəbul imtahanlarında ötən illərlə müqayisədə rekord nəticələr göstərdiklərini bildirib.
Məzunlar Fəxri Fərmanla təltif olunub, hədiyyələrlə mükafatlandırılıblar.
Keçidlər