İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib
30 mart 2024 | 11:40
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında Kürdəmir və Zərdab rayonlarının sakinlərini qəbul edib.
Görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Kürdəmir şəhərindəki abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Sakinlərin müraciətləri diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.