Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin iştirakı ilə kitab müzakirəsi keçirilib

06 avqust 2022 | 20:34

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov gənclərlə kitab müzakirəsində iştirak edib. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Kürdəmir nümayəndəliyinin təşkilatçılığı ilə keçən müzakirədə rayonun gəncləri aktivlik göstəriblər. Onlar icra başçısı ilə bərabər Lev Tolstoyun "İnsanı yaşadan nədir?" kitabını müzakirə ediblər. Maraqlı keçən diskussiyadan sonra bu cür kitab müzakirələrinin davam etdirilməsi qərara alınıb.

Keçidlər