Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər evi"ndə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Bələdiyyələrdə yaradılmış Gender komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə rayonun bələdiyyə üzvlərinə təlim keçirilmişdir.

25 noyabr 2025 | 17:17
25 noyabr 2025-ci il tarixdə Kürdəmirdə "Gənclər evi"ndə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yerli idarəetmənin genderə həssas yanaşma və gender bərabərliyi prinsipləri üzərində qurulmasının təşviqi, Bələdiyyələrdə yaradılmış Gender komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə rayonun bələdiyyə üzvlərinə təlim keçirilmişdir.
Təlimdə gender bərabərliyi konsepsiyası və çərçivəsi, gender lüğəti və əsas anlayışların izahı, gender bərabərsizliyinin səbəbləri və nəticələrindən danışılıb. Həmçinin təlim zamanı ölkəmizdə gender siyasəti və qanunvericilik bazası, Azərbaycanın beynəlxalq gender öhdəlikləri, yerli idarəetmədə gender prinsiplərinin tətbiqi, gender bərabərliyinin təmin olunması istiqamətində mövcud problemlər, gender bərabərliyinin təbliği ilə bağlı gender komissiyalarının üzərinə düşən vəzifələr mövzuları üzrə müzakirələr aparılıb.
Keçidlər