Garıs Əyribənd kənd sakinləri ilə növbəti səyyar qəbul keçirilib
17 dekabr 2025 | 16:23
Dekabrın 17-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli növbəti səyyar qəbulunu Garıs Əyribənd kənd sakinləri ilə keçirib. Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.
Garıs Əyribənd kəndində keçirilən səyyar qəbuldan sonra Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli şəhid ailələrini və şəhid məzarlarını ziyarət etmişdir






