Ərəbqubalı kəndində sakinlər ilə səyyar qəbul keçirilib
10 dekabr 2025 | 16:59
Dekabrın 10-da Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli növbəti səyyar qəbulunu Ərəbqubalı kənd sakinləri ilə keçirib. Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.
Qəbuldan sonra icra başçısı Ərəbqubalı, Məhərrəmli və Çöl Qubalı kəndlərindən olan şəhid ailələrini və şəhid məzarlarını ziyarət etmişdir.






