Əhalinin fövqəladə hallara qarşı hazırlığının və məlumatlılıq səviyyəsinin artırılması sahəsində birgə fəaliyyətin rolu” mövzusunda müşavirə keçirilib.
22 aprel 2026 | 15:12
Aprelin 22-də Kürdəmirdə Fövqəladə Hallar Nazirliyi tərəfindən Əhalinin fövqəladə hallara qarşı hazırlığının və məlumatlılıq səviyyəsinin artırılması sahəsində birgə fəaliyyətin rolu” mövzusunda müşavirə keçirilib. Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Ağali Kərimli, Fövqəladə Hallar Nazirliyi Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Fatimə Abışova, FHN-nin Aran Regional Mərkəzinin əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.






