Dövlət Xidməti tərəfindən Kürdəmir rayonunda sahibkarlar üçün maarifləndirici görüş təşkil edilib.
23 fevral 2024 | 17:57
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri istehlakçı hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirləri çərçivəsində Kürdəmir rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçiriblər.
Görüşdə Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov, İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov təqdimatla çıxış ediblər.
Çıxışlar zamanı xidmətin fəaliyyət istiqamətlərindən söz açılıb, istehlakçı hüquqlarının müdafiəsində sahibkarların rolu və bu istiqamətdə maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə məlumat verilib.