Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 14-də Kürdəmir rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbulda Ucar, Göyçay, Zərdab və Kürdəmir rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılıb.
Qəbuldan əvvəl Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət edilib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq bölgə şöbəsinin məsul şəxsinin iştirakı ilə dinlənilib, ərizələri qəbul edilərək, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Qeyd edək ki, Dövlət Komitəsinin sədri sentyabrın 13-ü gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədimizdə törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Xüsusi Təyinatlı Qüvvələrin giziri, Kürdəmir rayonunun Dəyirmanlı kənd sakini Əzizov Nəzər Ağacəlil oğlunun dəfn mərasimində iştirak edib.