Şriftin ölçüsü :

Saytın rəngi :

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların qəbulunu keçirib.

05 oktyabr 2026 | 17:18

Qəbul zamanı Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ucar, Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, rotasiyası, “Hər məsciddə kitabxana” layihəsinin icrası, maarifləndirmə işinin genişləndirilməsi, məscid təmiri, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli ilə bağlı Komitənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.
Qəbuldan öncə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və rayonun icra başçısı Elşən Həsənli Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Keçidlər