Çöhranlı kəndində sakinlər ilə səyyar qəbul keçirilib
08 yanvar 2026 | 22:58
Yanvarın 8-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli növbəti səyyar qəbulunu Çöhranlı kənd sakinləri ilə keçirib. Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.
Qəbuldan sonra Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli bir qrup şəhid ailələrini ziyarət edib.






