Şriftin ölçüsü :

Saytın rəngi :

Cəyli kəndində sakinlər ilə səyyar qəbul keçirilib

05 fevral 2026 | 16:06

Fevralın 5-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli növbəti səyyar qəbulunu Cəyli kənd sakinləri ilə keçirib. Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.
Qəbuldan sonra icra başçısı şəhid Şıxəliyev Taleh Sahib oğlunun ailəsini və məzarını ziyarət etmişdir.

Keçidlər