Carlı kəndində sakinlər ilə səyyar qəbul keçirilib
01 dekabr 2025 | 15:38
Dekabrın 1-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli növbəti səyyar qəbulunu Carlı kənd sakinləri ilə keçirib. Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.
Qəbuldan sonra icra başçısı Carlı kəndindən olan şəhid İmamverdiyev Elnur Vəfadar oğlunun ailəsini və şəhid məzarını ziyarət etmiş, qəbulda qaldırılan müraciət ilə bağlı vətəndaşın yaşadığı evə gedən yola baxış keçirmişdir.






