Böyük Kəngərli kənd sakinləri ilə səyyar qəbul keçirilib
13 yanvar 2025 | 18:10
Yanvarın 13-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov növbəti səyyar qəbulunu Böyük Kəngərli kənd sakinləri ilə keçirib.
Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.