Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Könüllülər Günü münasibətilə Kürdəmirdə tədbir keçirilib

07 dekabr 2023 | 12:50
Dekabrın 6-da Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Günü münasibətilə rayonda konfrans keçirilib. Konfransda rayonun Kürdəmir Regional "ASAN xidmət" mərkəzinin, Təhsil Sektorunun, Kürdəmir DAİM-in, Gənclər Evi SXM-nin könüllüləri və nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən rayonun icra başçısı Elxan İbrahimov, aparatın sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Rauf Heydərov, Kürdəmir Regional Asan Xidmət Mərkəzinin direktoru Ruslan Muradov, Kürdəmir Rayonu üzrə Təhsil sektorunun müdiri Rəfail Məmmədov, Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elşən Cəbrayılov, Kürdəmir Gənclər Evi SXM-nin direktoru Nicat Ağarəhimov və digərləri dövlət tərəfindən könüllülərə göstərilən diqqət və qayğıdan bəhs edib, onlara işlərində uğurlar arzu ediblər.
Konfransın sonunda çıxış edən könüllülər öz fəaliyyətləri və qazandıqları təcrübələr barədə məlumat verib, yaradılan şəraitə görə təşəkkür ediblər.
Keçidlər