Şriftin ölçüsü :

Saytın rəngi :

Bala Kəngərli kənd sakinləri ilə səyyar qəbul keçirilib

09 oktyabr 2025 | 15:10
Oktyabrın 9-da Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov növbəti səyyar qəbulunu Bala Kəngərli kənd sakinləri ilə keçirib.
Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.
İcra başçısı qəbuldan sonra əsaslı təmir olunan Bala Kəngərli kənd ümumi orta məktəbin binasına baxış keçirib.
Keçidlər