Şriftin ölçüsü :

Saytın rəngi :

AzTV-nin Analitik qrupu Kürdəmir ictimaiyyəti ilə görüşüb

03 dekabr 2022 | 09:15
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində yaradılmış Analitik qrup üzvləri dekabrın 2-də Kürdəmirə səfər edib və rayon ictimaiyyəti ilə görüş keçirib.
Görüşdə Azərbaycan Televiziyasının Analitik qrupun rəhbəri, əməkdar jurnalist Faiq Hüsiyev və digər qonaqlar rayon ictimaiyyətinin nümayəndələri ilə fikir mübadiləsi aparıblar, yerli tamaşaçı auditoriyasının rəy və təklifləri yerindəcə dinləyiblər. Əldə edilən məlumatlar əsasında isə televiziya və radionun ümumi inkişaf perspektivləri nəzərdən keçiriləcək, təklif və proqnozlar hazırlanacaq və teleşirkət rəhbərliyinə təqdim olunacaq.
Keçidlər