Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətilə tədbir keçirilib.

01 may 2023 | 09:37
Aprelin 29-da Kürdəmirdə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətilə tədbir keçirilib.
Yazıçının həyatının bəzi anlarını əks etdirən foto-slaydla başlayan tədbirdə Kürdəmir rayonunun icra başçısı Elxan İbrahimov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Xalq artisti Fəxrəddin Manafov, fəlsəfə doktoru Yaqut Bahadurqızı, "Qobustan" jurnalının baş redaktoru, yazıçı, tədqiqatçı Pərvin Nurəliyeva yazıçının həyat və yaradıcılığı haqqında qısa məlumat veriblər. Yazıçının əsərləri əsasında çəkilmiş “Evləri köndələn yar” tamaşasından, “Təhminə və Zaur”, “Dədə Qorqud”, “Üzeyir ömrü” filmlərindən qısa epizodların nümayiş edildiyi tədbirdə yazıçı həyatı, əsərlərinin sujet xətti, filmləri, haqqında məlumat verib, verilən dəyərə görə minnətdarlığını bildirib.
Tədbirin sonunda yazıçıya yubileyi münasibətilə gül dəstələri təqdim edilib, onunla xatirə şəkilləri çəkdiriblər.
Keçidlər