Şriftin ölçüsü :

Saytın rəngi :

Axtaçı-Qarabucaq kəndində sakinlər ilə səyyar qəbul keçirilib

11 dekabr 2025 | 15:16
Dekabrın 11-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli növbəti səyyar qəbulunu Axtaçı-Qarabucaq kənd sakinləri ilə keçirib. Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.
Qəbuldan sonra icra başçısı qəbulda qaldırılan müraciət ilə əlaqədar beton suvarma kanalı və Girdiman çayı üzərindən yerləşən körpülərə baxış keçirmişdir.
Keçidlər