Şriftin ölçüsü :

Saytın rəngi :

Axtaçı kəndində yeni tikilmiş modul tipli ümumi orta məktəbin açılış mərasimi keçirilib.

02 oktyabr 2023 | 17:25
Oktyabrın 2-də Axtaçı kəndində yeni tikilmiş modul tipli Rəşid Nəsirov adına kənd ümumi orta məktəbin açılış mərasimi keçirilib.
Tədbirdə məktəbin adını daşıdığı şəhid Rəşid Nəsirovun ailə üzvləri, rayonun icra başçısı Elxan İbrahimov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və kənd sakinləri iştirak ediblər. Tədbirdə çıxış edənlər təhsildə keyfiyyətin artırılmasının dövlətimizin təhsil sahəsi üzrə prioritet istiqaməti olduğunu vurğulayıblar, daha sonra məktəb binasına baxış keçirilib.
Keçidlər